Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
“Neftçi”nin U-19 komandası ilə oyun 2:2 hesablı heç-heçə başa çatıb.
Millimizin qollarını Sadiq Şəfiyev və Sənan Ağalarov vurub.
U-17 sonuncu yoxlama oyununu aprelin 30-da “Səbail”in U-19 komandasına qarşı keçirəcək.